Türkiyə çempionu "Beşiktaş" heyətini gücləndirməkdə davam edir.
İstanbul təmsilçisi Çinin "Jianqsu Sanin" klubundan ayrılan Aleş Teyşera ilə anlaşıb. "Qara qartallar" 31 yaşlı hücumameyilli yarımmdüfiəçi ilə 2 illik müqavilə üçün razılığa gəlib.
Onun illik maaşı 2,5 milyon avro olacaq. Braziliyalı futbolçunun transferi tezliklə açıqlanacaq.
Teyşera 2016-cı ildə Donetsk "Şaxtyor"undan 50 milyon avro qarşılığında Çin klubuna getmişdi.