"Qarabağ", "Keşlə" və "Sumqayıt"ın potensial rəqibləri bəlli oldu

10:00 20 İyul 2021

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

 

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçiləri "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri müəyyənləşib. 2-ci mərhələdə İsrailin "Aşdod" klubuna rəqib olan Ağdam təmsilçisi mərhələni adlasa, AEL (Kipr) – “Vlajnia” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.


"Çukariçki" (Serbiya) ilə qarşılaşacaq "Sumqayıt" güclü tərəf olsa, növbəti mərhələdə “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq. 
 

2-ci raundda "Soçi"nin (Rusiya) rəqibi olan "Keşlə" isə mərhələ adlasa, “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
 

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları 5-12 avqustda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti