Üç güləşçimiz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

10:44 20 İyul 2021

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb.

 
İlk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

 

Millimizin üzvü Hacı Kərimov (48 kq) dünya çempionatına Ukrayna güləşçisi üzərində inamlı qələbə ilə başlayıb. Ancaq güləşçimiz dörddəbir finalda Gürcüstan idmançısına uduzub.
Cavid Cavadov (55 kq) səkkizdəbir finalda qazaxıstanlı həmkarı ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün C.Cavadov təsəlliverici görüşə çıxacaq.

 

Dünya çempionatında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Ağanəzər Novruzov startda Çexiya təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Millimizin üzvü yerli güləşçiyə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında ABŞ təmsilçisinə uduzan A.Novruzov ümidini bürünc medala bağlayıb.
Səttərxan Allahverdili (80 kq) debütdə rumıniyalı rəqibini "tuşe" ilə üstələyib. Həmyerlimiz daha sonra Türkiyə pəhləvanından güclü olub. Ancaq dörddəbir finalda hindistanlı güləşçiyə uduzub. Rəqib finaladək irəliləyib və S.Allahverdili üçün bürünc medal uğrunda mübarizə aparmaq şansı yaranıb.

 

Digər güləşçimiz Azay İsmayılov (110 kq) ilk görüşdə Türkiyə idmançısına məğlub olub. 


Digər xəbərlər

Xəbər xətti