"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayıb.
Bu barədə klub prezidenti Burak Elmas danışıb. O, 68 yaşlı mütəxəssislə 3 illik yeni müqavilə imzaladıqlarını bildirib.
Qeyd edək ki, Terimin "Qalatasaray"la sözləşməsi mayın 31-də başa çatmışdı. Bundan sonra o, tətilə yollanmışdı. Ötən ayın 21-də isə Terim Floryaya gələrək, yenidən vəzifəsini icra etməyə başlayıb.