Tokio Yay Olimpiya Oyunları təxirə salına bilər

Sportarena.az      21 İyul 2021 , 08:30

İyulun 23-də Tokioda başlaması nəzərdə tutulan Yay Olimpiya Oyunları təxirə salına bilər.

 

Bu barədə yarışın Təşkilat Komitəsinin baş direktoru Tosiro Muto keçirdiyi mətbuat konfransında məlumat verib.O, koronavirus pandemiyasın görə bu addımı ata biləcəklərini istisna etməyib.

 

Bildirib ki, son sutka ərzində Tokio-2020 ilə əlaqəli olan 10 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Bununla da ümumi say 68-ə çatıb. "Biz deyə bilmərik ki, yoluxma ilə bağlı durum necə olacaq. Əgər sıçrayış olarsa, müzakirə aparacağıq. Razılığa gəlmişik ki, koronavirusla bağlı vəziyyətə görə beştərəfli görüş keçirə bilərik. İndiki halda yoluxma arta da, azala da bilər. Ona görə də artım olarsa, biz nə edəcəyimizi düşünəcəyik" - deyə Muto bildirib.

 

Xatırladaq ki, Tokio-2020-nin 23 iyul-8 avqustda keçirilməsi nəzərdə tutulub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin