"Oyunçularımıza çox güvənirik" - "Olimpiakos"un baş məşqçisi

10:01 21 İyul 2021

“Çox yaxşı vəziyyətdə olduğumuzu hiss edirik. Hər cəhətdən hazırıq. Futbolçularımız da gündən-günə fiziki cəhətdən daha hazırlıqlı durumda olurlar. Hər şey qaydasındadır, hazırlığımız plan üzrə getdi. "Neftçi" ilə matça hazırıq".

 

Bu sözləri “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək ilk oyunöncəsi mətbuat konfransında deyib.

 

Portuqaliyalı mütəxəssis uzun müddətdən sonra azarkeşlər önündə çıxış edəcəkləri üçün şad olduqlarını bildirib: "Bu, bizim üçün çox sevindiricidir. Bir ildən çox idi ki, azarkeşsiz oynayırdıq. Bu da futbolçuları motivasiyadan salırdı".

 

Pedro Martins "Neftçi"nin oyununu təhlil etdiklərini bildirib: "Öz oyunçularımıza çox güvənirik. Amma bu o demək deyil ki, "Neftçi"yə diqqət yetirmirik. Rəqibi təhlil etmişik. Onların güclü futbolçuları var. İçlərində universal oyunçular da var. Onlara hörmətimiz böyükdür. Amma meydana qələbə üçün çıxacağıq".  


Digər xəbərlər

Xəbər xətti