Çili idmançısı Tokio Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb. Koronovirus testi pozitiv çıxan taekvondoçu Fernanda Agirre yarışlara qatıla bilməyəcək. O, “Tokio-2020”dən kənarlaşdırılan ilk atlet olub.
Çili Olimpiya Komitəsi idmançının səhhətinin yaxşı olduğunu, amma 10 günlük karantinə alındığı üçün yarışa bilməyəcəyini bildirib.
Qeyd edək ki, Olimpiadada taekvondoçuların mübarizəsi iyulun 24-də start götürəcək.