"Çox maraqlı dönəmdəyik. Hazırlıq prosesimiz yaxşı keçdi. Bizi çətin oyun gözləyir".
Bunu "Olimpiakos"un kapitanı Andreas Buxalakis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Neftçi" ilə ilk oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
28 yaşlı yarımmüdafiəçi "Neftçi" haqda müsbət fikirlər səsləndirməklə yanaşı, növbəti mərhələyə hazır olmalı olduqlarını da bildirib: “Görüşə tam hazırıq. Çox sevinirik ki, matçda azarkeşlər də bizimlə birlikdə olacaq. Həyəcan içindəyik. Çox xoşbəxtik ki, görüş onların iştirakı ilə keçiriləcək. Çempionlar Liqasında növbəti mərhələyə adlamaq istəyirik. Bundan ötrü əlimizdən gələni edəcəyik. Növbəti raunda hazır olmalıyıq. “Neftçi” ilə qarşılaşmaya çox ciddi yanaşırıq. Rəqibin oyununu izləmişik. Qarşımızda güclü futbolçular var. Xüsusən də, sistemləri və ön xətt oyunçuları güclüdür”.
Qeyd edək ki, bu gün keçiriləcək "Olimpiakos" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.