Azərbaycanlı veteran futbolçu vəfat etdi

14:25 21 İyul 2021

Azərbaycan futbol veteranı Müzəffər Qasımov vəfat edib.

Gəncənin “Kəpəz” klubunun sabiq futbolçusu və baş məşqçisi 80 yaşında dünyasını dəyişib.

Veteran son illərdə klubun Müşahidə Şurasında yer alıb. Qasımov bu gün dəfn olunacaq.

Qeyd edək ki, veteran futbolçu “Kəpəz”in 1968-ci ildə “Dinamo” adı altında SSRİ çempionatının güclülər dəstəsində oynamasında ən böyük pay sahiblərindən biri olub. 


Digər xəbərlər

Xəbər xətti