Tokio-2020 Yay Olimpiya Oyunları start götürdü

14:39 21 İyul 2021

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk yarışı keçirilib. Softbol üzrə qadınlardan ibarət Yaponiya millisi Avstraliya  ilə üz-üzə gəlib. Qarşılaşma Yaponiyanın 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, olimpiadanın açılış mərasimi iyulun 23-də gerçəkləşəcək. Ənənəvi olaraq bəzi yarışlar açılışdan əvvəl başlayır. 1996-cı ildən sonra ilk dəfə Yay Olimpiya Oyunlarının yarış proqramına futbolsuz start verilib. 


Digər xəbərlər

Xəbər xətti