Tokioda yığmanın düşərgəsindən qaçan idmançı tapıldı

Sportarena.az      21 İyul 2021 , 16:18

Tokio-2020 Yay Olimpiya Oyunları üçün Yaponiyaya gəldikdən sonra itən uqandalı ağırlıqqaldıran Culius Sekitoleko tapılıb.

 

20 yaşlı atletin Mie əyalətində gizləndiyi məlum olub. Yaponiyanın Kyodo agentliyinin məlumatına görə, afrikalı idmançı uqandalı bir tanışı ilə birlikdə sürət qatarı ilə Mie əyələtinə yollanıb. Uqandanın Tokiodakı səfirliyi və bölgə polisləri tərəfindən yeri öyrənilən idmançı dünən saxlanılıb.

 

Sekitoleko iyulun 16-dan yoxa çıxmışdı. Otaqda yazılı kağız qoyan atlet Uqandada ağır həyat tərzindən şikayətlənib və ora qayıtmaq istəmədiyindən qaçdığını qeyd edib. O, Yaponiyada işləmək istədiyini yazıb.

 

İdmançının məşqçisi ilə birlikdə ölkəsinə geri göndəriləcəyi və onunla bağlı lazım olan tədbirin görüləcəyi bildirilib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin