Qadınlardan ibarət Braziliya millisinin futbolçusu Marta da Silva tarixi uğura imza atıb.
O, buna Tokio-2020 Yay Olimpiya Oyunlarında nail olub.
35 yaşlı hücumçu bunu F qrupunda Çin yığmasını 5:0 hesabı ilə məğlub etdikləri matçda bacarıb. Qarşılaşmada iki qol vuran Marta ardıcıl 5-ci Olimpiadada qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Təcrübəli hücumçu 2004, 2008, 2012 və 2016-cı illərdəki Olimpiadalarda da qol vurmağı bacarıb.