Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”un qonağı olan “Neftçi” ciddi itki ilə üzləşib.
Komandanın futbolçusu Namiq Ələsgərov ilk hissənin sonlarında xəsarət alıb. Görüşün 43-cü dəqiqəsində rəqib futbolçusu Medi Kamara hücumçuya qarşı kobud oynayıb.
Burnundən zədə alan Ələsgərov qan içində meydanı tərk edib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. "Olimpiakos"un qolunu vuran Kamara isə qırmızı vərəqə alıb.