Çempionlar Liqası: "Legiya" qalib gəldi, "Qalatasaray" darmadağın oldu

12:24 22 İyul 2021

Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 7 görüşü keçirilib.

 

PSV-nin qonağı olan "Qalatasaray" 1:5 hesabı ilə uduzub. Mahir Emrelinin çıxış etdiyi "Legiya" evdə "Flora"ya qalib gəlib - 2:1.

 

"Neftçi" isə səfərdə "Olimpiakos"a uduzub - 0:1.

 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

 

18:00. "Kayrat" (Qazaxıstan) - "Srvena Zvezda" (Serbiya) - 2:1

Qollar: Xose Kante Martines, 24, Frenk Banyak, 79 - Dino Mikanoviç, 57 (avtoqol)

 

21:00. "Malmö" (İsveç) - HİK (Helsinki, Finlandiya) - 2:1

Qollar: Antonio Çolak, 45+1, Anders Kristiansen, 74 - Riku Riski, 68

 

22:00. Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) - 0:0

 

22:30. “Slovan” (Slovakiya) - “Yanq Boyz” (İsveçrə) - 0:0

 

23:00. PSV (Niderland) - "Qalatasaray" (Türkiyə) - 5:1

Qollar: Eran Zahavi, 2; 35; 84, Mario Götze, 51; 88 - Emre Kılınç, 42

 

23:00. “Olimpiakos” (Yunanıstan) - “Neftçi” (Azərbaycan) - 1:0

Qol: Məhəmməd Kamara, 29

Qırmızı vərəqələr: Məhəmməd Kamara, 43 ("Olimpiakos") - Mert Çelik, 63 ("Neftçi")

 

23:00. “Legiya” (Polşa) - “Flora” (Estoniya) - 2:1

Qollar: Bartoş Kapustka, 3, Rafael Lopes, 90+1 - Rauno Sappinyen, 53. 


Digər xəbərlər

Xəbər xətti