“Soçi” – “Keşlə” oyununa azarkeşlər buraxılmayacaq

15:29 22 İyul 2021

“Keşlə” bu gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Soçi” komandası ilə üz-üzə gələcək.

 

Soçidə keçiriləcək qarşılaşma azarkeşlərin iştirakı olmadan keçiriləcək. Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, daha öncə “Soçi” – “Keşlə” matçına təxminən 500 azarkeş buraxılacağı açıqlanmışdı. Lakin son anda buna da ehtiyac duyulmayıb.

 

“Soçi” – Keşlə” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü iyulun 29-da Bakıda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti