Tokio-2020: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum oldu

16:20 22 İyul 2021

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb.

 

Azərbaycan milli komandasının üzvlərinin də rəqibləri bəlli olub.

 

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.

 

Kişilər

60 kiloqram (kq)
Kəramət Hüseynov – Eşli Makkenzi (Böyük Britaniya)

 

66 kq
Orxan Səfərov – Yerlan Serixjanov (Qazaxıstan)

 

73 kq
Rüstəm Orucov – Musa Moquşkov (İOC, Rusiya)

 

81 kq
Murad Fətiyev – Frederik Harris (Sierra Leone)

 

90 kq
Məmmədli Mehdiyev – Rafael. Maçedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi

 

100 kq
Zelim Kotsoyev – Aleksandr İddir (Fransa)

 

+100 kq
Uşangi Kokauri – Maciej Sarnacki (Polşa)

 

Qadınlar

48 kq
Aişə Qurbanlı – Katarina Kosta (Portuqaliya)

 

+78 kq
İrina Kindzerska – İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi


Digər xəbərlər

Xəbər xətti