Tokio-2020 Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb.
Kamandan oxatma üzrə təsnifat yarışlarında rusiyalı idmançı Svetlana Qomboyeva huşunu itirib. 23 yaşlı idmançı ilk tibbi yardımdan sonra özünə gəlib.
Müayinələrdən sonra onu gün vurduğu müəyyənləşib.