"Barselona"nın sabiq futbolçusu Paulinyo karyerasını Səudiyyə Ərəbistanıda davam etdirəcək.
32 yaşlı yarımmüdafiəçi bu ölkənin “Əl Əhli” klubuna transfer olub. Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu Çin “Quançjou Everqrand”ı olan Paulinyo karyerası ərzində "Tottenhem" və "Barselona"da da oynayıb. O, Braziliya millisinin heyətində 56 oyunda 13 qol vurub.