Azərbaycan Premyer Liqasında püşkün vaxtı açıqlandı

16:08 23 İyul 2021

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Mərasim iyulun 30-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü 14 avqustda start götürəcək. 


Xəbər xətti