İngiltərənin “Arsenal” klubunun məşhur “Emireyts” stadionunda hələ də Azərbaycana aid banner qalmaqdadır.
Dünən “Arsenal” öz oyunçusu Emil Smit Rou ilə uzun müddətli müqavilə bağlayıb.
20 yaşlı futbolçu əvvəllər Məsut Özilin geyindiyi, yeni 10 nömrəli forma ilə “Emireyts” stadionunda fotosessiya etdirib. Həmin vaxt arxa fonda Azərbaycan sektorunun da olduğu görünür.
Qeyd edək ki, “Arsenal”ın Azərbaycandan azarkeş fanklubu oyunlar zamanı məhz həmin sektorda yer alır. 2017-ci ilin iyunun 1-dən həmin fanklub futbol klubu tərəfindən Qafqazda yeganə rəsmi azarkeş qurumu kimi tanınıb. (Oxu.az)