“Borussiya”nın futbolçusu rəsmən “Mançester Yunayted”də

16:51 23 İyul 2021

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

"Qırmızı şeytanlar" Dortmund "Borussiya"sından Ceydon Sançonu rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

İngiltərə milli komandasının üzvü ilə 5+1 illik müqavilə imzalanıb. "Mançester Yunayted" 21 yaşlı vinger üçün Almaniya klubuna 85 milyon avro ödəyib.

 

Qeyd edək ki, Ceydon Sanço "Mançester Siti"nin yetirməsidi. O, 2017-ci ildə "Borussiya"ya transfer olub. Gənc futbolçu Dortmund təmsilçisinin heyətində 104 oyuna 38 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti