"Barselona" gənc futbolçuya 500 milyon avro qiymət qoydu

17:05 23 İyul 2021

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

 

Kataloniya təmsilçisi gənc müdafiəçi Alexandro Balde ilə yeni sözləşmə imzalayıb.

 

Klubun rəsmi saytının yaydığı məlumata görə, 17 yaşlı sol cinah müdafiəçisinin müqaviləsi 2024-cü ilədək uzadılıb. Futbolçunun sərbəst qalmaq məbləği 500 milyon avro təyin edilib.

 

Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. O, Kataloniya təmsilçisinin B komandasında çıxış edir. 


Xəbər xətti