Bu gün 10 idmançımız Olimpiya Oyunlarında mübarizəyə qoşulur - SİYAHI

10:00 24 İyul 2021

Azərbaycan idmançıları bu gün Tokio-2020-də mübarizəyə başlayıblar.

Bu gün 10 idmançımız yarışa qoşulur. Artıq onlardan ikisi mübarizəni erkən başa vurub. Bunlar cüdoçular Aişə Qurbanlı (48 kq. 1/16 finada uduzub) və Kəramət Hüseynovdur (60 kq. 1/8 finalda uduzub).

 

Bu gün yarışa qoşulan digər səkkiz idmançımız isə gimnast İvan Tixonov, veloyürüşçü Elçin Əsədov, atıcı Ruslan Lunyov, boksçular Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd  Abdullayev (+91 kq), üzgüçülər Maksim Şemberov və Məryəm Şeyxəlizadədir.

Artıq boskçularımızın rəqibləri bəllidir. Tayfur Əliyev Nquyen Van Duonqla (Vyetnam), Lorenso Sotomayor Əsgərxan Madiyevlə (Gürcüstan), Məhəmməd Abdullayev isə Denis Latıpovla (Bəhreyn) qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti