Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokioda keçirilən Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.
İslamiadanın qalibi 10 metr məsafəyə atəşaçmada mübarizəni təsnifat mərhələsində dayandırıb. Lunyon 6 atışdan 574 xal toplayıb və yarışı 20-ci pillədə bitirib. Bu nəticə Lunyovun final mərhələsinə vəsiqə qazanması üçün üçün yetərli olmayıb.
Bundan əvvəl Azərbaycanı təmsil edən iki cüdoçu, Kəramət Hüseynov və Aişə Qurbanlı Tokio-2020-də mübarizəni dayandırıb.