İtaliya klubunda 6 futbolçu koronavirusa yoluxdu

11:29 24 İyul 2021

İtaliyanın “Empoli” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.

 

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə komandanın 6 futbolçusunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirus aşkarlanmış futbolçuların adları açıqlanmır. 

 

Qeyd edək ki, “Empoli” yeni mövsümdən A Seriyasında mübarizə aparacaq. 


Xəbər xətti