Daha iki idmançımız Yay Olimpiya Oyunları ilə vidalaşıb

17:23 24 İyul 2021

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

 

Üzgüçü Maksim Şemberev 400 metr məsafəyə qarışıq üzmədə qüvvəsini sınayıb. Mübarizəyə təsnifat mərhələsindən qoşulan idmançı 4 dəqiqə 19,40 saniyə nəticə göstərərək, öz qrupunda sonuncu - 8-ci olub.

 

O, digər qrupların nəticələrindən də asılı olaraq, ilk "8-liy"ə düşə bilmədiyi üçün finala çıxmaq şansını itirib. Şemberev 29 uzgüçü arasında 26-cı olub.


Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah da Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb. O, təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib. Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yarımfinala yüksələ bilməyib. Beləliklə, Maksim Şemberevdən sonra o da olimpiadada mübarizəni dayandırıb. 


Digər xəbərlər

Xəbər xətti