Polşa çempionatı: Mahir Əmrəlinin oynadığı "Legiya" qələbə qazanıb

09:31 25 İyul 2021

Polşa çempionatının 1-ci turunda Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" evdə “Visla” (Plok) ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. Səhhətində problem olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edık ki, yığmamızın digər oyunçusu Anton Krivotsyud "Visla"da çıxış edir. O, görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.


Digər xəbərlər

Xəbər xətti