Boksçumuz Məhəmməd Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarındakı 1/16 final görüşündə bruneyli Denis Latıpova 3:1 hesabı ilə qalib gəldiyi görüşdən sonra fikirlərini bildirib.
O, ilk döyüşün həmişə ağır olduğunu deyib: "Çünki əlcəyə, rinqə və ab-havaya öyrəşməmişik. Amma sevinirəm ki, qalib gəldim".
Abdullayev bildirib ki, Azərbaycanın iki təmsilçisi Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayorun (69 kq) məğlubiyyətləri ona yaxşı təsir etməyib: "İstərdim ki, onlar da qalib gəlsinlər, medal qazansınlar. Bu baxımdan, bir qədər pis oldum. Qalan hər şey normaldır".
22 yaşlı idmançı 1/8 finalda qarşılaşacağı Baxodir Jalolovun dünya çempionu olduğunu xatırladıb: "Əsas rəqibim o idi, mənə 1/8 finalda qismət oldu. İyulun 29-da üz-üzə gələcəyik. İnşallah, xeyirlisi. Buradək uzun yol gəlmişik və məşqlərdə böyük əziyyətlər çəkmişik. İnanıram ki, buradan medalsız qayıtmayacağıq".