Tokio-2020 Yay Olimpiya Oyunlarının üçüncü gününə start verilib.
Cüdo yarışlarında daha 2 çəki üzrə mübarizə başlayıb. Orxan Səfərov (66 kq) 1/16 finalda Qazaxıstan təmsilçisi Yerlan Serikjanovla qarşılaşıb. Əsas vaxtda tərəflər xal qazanmadığı üçün qarşılaşmanın qalibi qızıl xalla müəyyənləşib. İlk vazari xalına sahib çıxan qazaxıstanlı idmançı 1/8 finala yüksəlib. Orxan isə yarışla vidalaşıb.
Bundan öncə daha iki cüdoçumuz – Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) Olimpiadada çıxışını başa vurub.