Daha bir cüdoçumuz Olimpiya Oyunlarında mübarizəni dayandırdı

Sportarena.az      27 İyul 2021 , 10:20

Azərbaycan cüdoçusu Murad Fətiyev bu gün Yay Olimpiya Oyunlarında debüt çıxışına başlayıb.

 

81 kq çəki dərəcəsində yarışan idmançımız 1/16 finalda Syerra-Leone idmançısı Fredrik Harrislə qarşılaşmalı idi.

 

Lakin hələlik bəlli olmayan səbəblərdən onun rəqibi tatamiyə çıxmayıb və hakim texniki qələbəni Azərbaycan idmançısına verib. O, 1/8 finalda Monqolustan idmançısı Səid Mollaye ilə qarşılaşıb. Əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda Mollaye vazari xalı ilə qalib gəlib. Bununla da M.Fətiyev Tokio-2020-də çıxışını başa vurub.

Xatırladaq ki, daha əvvəl yarışa qatılan cüdoçularımızdan Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.) və Rüstəm Orucov (73 kq.) da mübarizəni medal qazanmadan başa vurublar.

Azərbaycan Tokio-2020-yə 9 cüdoçu ilə qatılıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin