"Qarabağ"ın müqaviləsinə xitam verdiyi Uroş Matiçin yeni klubu müəyyənləşib.
Serbiyalı yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 31 yaşlı futbolçu bu ölkənin yüksək liqa təmsilçisi "Abha"ya keçib. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Uroş Matiç "Qarabağ"a ötən yay Kiprin APOEL klubundan keçmişdi.