Olimpiadalar tarixinin sörfinq üzrə ilk çempionu müəyyənləşib.
Finalda 15.14 xal toplayaraq Kanoa İqaraşini (Yaponiya / 6.60 xal) məğlub edən Braziliya təmsilçisi İtalo Ferreyra sörfinqdə ilk çempion kimi adını Olimpiya Oyunlarının tarixinə yazdırıb. Digər braziliyalı Qabriel Medinaya qalib gələn Ouen Rayt (Avstraliya) isə bürünc medal qazanıb.