Tokio-2020-də tennis yarışları davam edir. Qadın tennisçilərin mübarizəsində növbəti sürpriz qeydə alınıb. Dünya iki nömrəsi, "Böyük dəbilqə" turnirlərinin 4 qat qalibi Naomi Osaka 1/8 finalda Marketa Vondrouşova (Çexiya) ilə qarşılaşıb. Cəmi 68 dəqiqə davam edən görüş çex tennisçinin 2:0 (6:1, 6:4) qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Naomi Osaka Tokio-2020-nin açılış mərasimində olimpiya məşəlini yandıran idmançı idi. O, Yaponiyanın Olimpiadadakı əsas medal ümidlərindən hesab olunurdu.