Kriştiano Ronaldo tətilini başa vuraraq Turinə qayıdıb.
Komandadan ayrılacağı deyilən portuqaliyalı ulduz "Qoca sinyora"nın düşərgəsinə qoşulub. 36 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra məşqlərə qoşulacaq.
Qeyd edək ki, Ronaldonun "Yuventus"la müqaviləsi gələn ilin yayında başa çatacaq.