Tokioda koronavirusa yoluxanların sayı artır

13:41 27 İyul 2021

Olimpiadanın startından sonra Tokioda koronavirusa yoluxanların sayında artım müşahidə edilir. 
 
Son 24 saat ərzində Yaponiya paytaxtında 2848 yeni yoluxma qeydə alınıb. Bu, rekord göstəricidi. Daha öncə ən yüksək rəqəm (2520 yoluxma) yanvar ayına təsadüf etmişdi. Baş verənlər ölkə rəsmilərinin narahatlığına səbəb olub.
 
Olimpiya kəndində isə son 1 gündə 7 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan ikisi idmançıdı. 


Digər xəbərlər

Xəbər xətti