Tokio-2020-də qəribə hadisə baş verib

15:15 27 İyul 2021

Tokio-2020-də qəribə hadisə baş verib.

Mərakeşli Yunes Baala Yeni Zelandiyadan olan rəqibi Devid Nyuku ilə 1/8 final döyüşündə onun qulağını dişləməyə cəhd edib. Amma sonuncu dərhal başını çevirərək buna imkan verməyib. Bu an videotəkrar zamanı açıq şəkildə görünüb. Bu kirli niyyəti afrikalı idmançıya kömək etməyib. O, 0:5 hesabı ilə uduzaraq yarışı tərk edib.

Xatırladaq ki, 1997-ci ildə ağırçəkili boksçu Mayk Tayson Evander Holifildlə döyüşdə onun qulağının bir hissəsini qoparıb. 


Digər xəbərlər

Xəbər xətti