Bu gün Azərbaycan badmintonu üçün Olimpiadada debüt reallaşıb.
Təmsilçimiz Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib. 23 yaşlı idmançı L qrupunun 2-ci turunda vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
İlk hissədə 21:14 hesabı ilə qalib gələn Dviçayo ikinci hissədə də rəqibini üstələyib - 21:18.
Milliləşdirilən legionerimiz qrupdakı sonuncu görüşünü iyulun 29-da danimarkalı Anders Antonsenə qarşı keçirəcək. Qrupu lider kimi tamamlayan badmintonçu 1/8 finala adlayacaq.