Tokio-2020: 17 idmançımız mübarizəni dayandırıb

17:26 27 İyul 2021

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançı təmsil edir.

İyulun 24-dən bu günə kimi mübarizəyə qoşulan 21 idmançımızdan 17-si çıxışını medalsız başa vurub. Olimpiada ilə erkən vidalaşan idmançılarımız bunlardır:

 

Cüdo: Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq)

Güllə atıcılığı: Emin Cəfərov

Boks: Tayfur Əliyev (57 kq.), Lorenzo Sotomayor (69 kq.)

Qılıncoynatma: Anna Başta

Veleyorüş: Elçin Əsədov

Üzgüçülük: Maksim Şemberev və Məryəm Şeyxəlizadəngah

İdman gimnastikası: İvan Tixonov və Marina Nekrasova

Taekvandoçu: Fəridə Əzizova və Milad Beiqi Xerçaqani

Triatlon: Rostivlas Pevstsov.

Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Cavid Çələbiyev (63 kq.) və Məhəmməd Abdullayev (+91 kq.) 1/16 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər. Güllə atıcısı Ruslan Lunyov isə ilk mərhələlərdə uğursuz çıxış edib, amma 25 metr məsafə yarışında da qüvvəsini sınayacaq. Badminton yarışındakı milliləşdirilmiş Edi Reski Dviçayo 23 yaşlı idmançı L qrupunun 2-ci turunda vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. O, qrupdakı sonuncu görüşünü iyulun 29-da danimarkalı Anders Antonsenə qarşı keçirəcək. Qrupu lider kimi tamamlayan badmintonçu 1/8 finala adlayacaq. 


Digər xəbərlər

Xəbər xətti