Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz Tokioya yollanıb - FOTOLAR

Sportarena.az      27 İyul 2021 , 17:55

Olimpiadada ölkəmizi təmsil edəcək güləşçilərimiz bu gün ölkəni tərk edib.

 

Prosedura uyğun olaraq, Tokioya yollanacaq heyət iyulun 25-26-da COVİD-19 testindən keçib. Bu gün isə komandalarımız Yaponiyaya yollanıb. Bakı vaxtı ilə saat 16:45-də nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula yola düşüb. Təmsilçilərimiz sabah İstanbul - Tokio marşrutu üzrə hərəkət edəcək və yerli vaxtla saat 19:20-də Yaponiyaya çatmaları gözlənilir.

 

Sərbəst güləş üzrə millimizin tərkibində baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Şərif Şərifov (97 kq) yer alıb. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) Tokio-2020-də qadınlar arasında uğur qazanmağa çalışacaq. Yunan-Roma güləşi üzrə yarışda isə baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun nəzarəti altında Rafiq Hüseynovla (77 kq) İslam Abbasov (87 kq) mübarizə aparacaq.

 

Xatırladaq ki, I-S kateqoriyalı hakim Asif Şirəliyev Olimpiya Oyunlarında ədaləti qoruyacaq referilərin arasında yer alacaq. Olimpiadada güləş yarışları 1-7 avqust tarixlərində keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin