Daha bir cüdoçumuz Tokio-2020 ilə vidalaşdı

10:13 28 İyul 2021

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Qazaxıstandan olan İslam Bozbayevlə üz-üzə gəlib.

 

Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə qalib gələn Mehdiyev 1/8 finala yüksəlib. O, bu mərhələdə rusiyalı Mixail İqolnikovla qarşılaşıb və vazari xalı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, buna qədər mübarizəyə qoşulan cüdoçularımızdan Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), və Murad Fətiyev (81 kq) də çıxışlarını medalsız başa vurublar.

Xatırladaq ki, Azərbaycan Tokio-2020-yə 9 cüdoçu ilə qatılıb. 


Digər xəbərlər

Xəbər xətti