"Qarabağ"ın son məşqi və mətbuat konfransının vaxtı açıqlandı

Sportarena.az      28 İyul 2021 , 10:48

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində İsraildə "Aşdod"la üz-üzə gələcək (ilk oyun - 1:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun keçirəcəyi mətbuat konfransının başlama vaxtı bilinib.

 

Ağdamlıların çalışdırıcısı sabah Aşdoddakı "Jabotinski" stadionunda media önünə çıxacaq.

 

Mütəxəssis Bakı vaxtı ilə 20:45-də jurnalistlərin suallarını cavablandıracaq. 21:15-də isə Ağdam təmsilçisi sözügedən məkanda məşq edəcək.

 

Qeyd edək ki, "Aşdod" - "Qarabağ" görüşünün start fiti iyulun 29-da, Bakı vaxtı ilə 21:00-da səsləndiriləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin