Tokio-2020-də bu gün daha bir boksçumuz mübarizəyə başlayıb.
Milliləşdirilmiş kubalı boksçu Alfonso Dominges günün son boks qarşılaşması olan 1/8 finalda Dilşodbek Ruzmetovlə (Özbəkistan) üz-üzə gəlib. O, 4:1 hesabı ilə qalib gələrək 4/1 finala yüksəlib.
Xatırladaq ki, buna qədər mübarizəyə qoşulan digər boksçularımızdan Cavid Çələbiyev (63 kq.) və Məhəmməd Abdullayev (+91 kq.) 1/16 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər, Tayfur Əliyev (57 kq.) və Lorenzo Sotomayor (69 kq.) isə ilk döyüşlərində uduzaraq mübarizəni dayandırıblar.