Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançı təmsil edir.
İyulun 24-dən bu günə kimi mübarizəyə qoşulan 23 idmançımızdan 19-si çıxışını medalsız başa vurub. Olimpiada ilə erkən vidalaşan idmançılarımız bunlardır:
Cüdo: Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq)
Güllə atıcılığı: Emin Cəfərov
Boks: Tayfur Əliyev (57 kq.), Lorenzo Sotomayor (69 kq.)
Qılıncoynatma: Anna Başta
Veleyorüş: Elçin Əsədov
Üzgüçülük: Maksim Şemberev və Məryəm Şeyxəlizadəngah
İdman gimnastikası: İvan Tixonov və Marina Nekrasova
Taekvandoçu: Fəridə Əzizova və Milad Beiqi Xerçaqani
Triatlon: Rostivlas Pevstsov.
Badminton: Edi Reski Dviçahyo
Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Cavid Çələbiyev (63 kq.), Məhəmməd Abdullayev (+91 kq.) 1/16 finalda, Alfonso Dominges isə 1/8 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Güllə atıcısı Ruslan Lunyov isə ilk mərhələlərdə uğursuz çıxış edib, amma 25 metr məsafə yarışında da qüvvəsini sınayacaq.