"Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidir və qalib gəlmək istəyir. Meydanda ən yaxşısını etməyə və Bakıda keçirilmiş ilk matçdan daha diqqətli oynamağa çalışacağıq".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Aşdod"la (İsrail) cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
O, komandasının çox istəkli olduğunu bildirib: "Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq. Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdır".
Qeyd edək ki, bu gün İsraildə keçiriləcək "Aşdod" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.