Cüdoçumuz Tokio ilə erkən vidalaşdı

12:21 29 İyul 2021

Azərbaycanın daha bir cüdoçusu Tokio-2020-də uğursuzluqla üzləşib.

100 kq. çəkidə yarışan millililəşdirilmiş idmançımız Zelim Kotsoyev ilk görüşündə - 1/16 finalda fransalı Aleksandr İddirlə qarşılaşıb. Kotsoyev vazari xalı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Növbəti rəqib kanadalı Şadi Elhanas olub.

 

Cüdoçumuz iki vazari xalı ilə uduzaraq, mübarizəni dayandırıb və Yay Olimpiya Oyunları ilə vidalaşıb.

Bununla da cüdo yarışlarında mübarizəni medalsız başa vuran idmançılarımızın sayı 7-yə yüksəlib. Daha əvvəl Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq) və Məmmədəli Mehdiyev (90 kq) də uğursuz çıxış etmişdi. 


Xəbər xətti