Azərbaycan boksçusu Məhəmməd Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.
+91 kq çəkidə yarışan idmançımız 1/8 final qarşılaşmasında özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolovla qarşılaşıb.
Ümum nəticədə 0:5 hesabı ilə uduzan Abdullayev mübarizəni dayandırıb.
Qeyd edək ki, daha öncə boksçularımızdan Tayfur Əliyev (57 kq.) və Lorenzo Sotomayor (69 kq.) da çıxışlarını başa vurub.