Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Milliləşdirilmiş ukraynalı idmançı +78 kq çəkidə yarışır. O, ilk görüşünü 1/8 finalda Bosniya və Herseqovina cüdoçusu Larisa Tseriçə qarşı keçirib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. Bu mərhələ onun rəqibi Cənubi Koreya idmançısı Mi Jin Han olub. O, bu görüşdə də ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə cüdoçumuz 2019-cu ilin dünya çempionu Akira Sone (Yaponiya) ilə qarşılaşacaq.
Yarımfinal, final görüşləri və üçüncü yer uğrunda qarşılaşmalar Bakı vaxtı ilə saat 12.00 - 14.50 arasında keçiriləcək.
İ.Kindzerska cudo yarışlarında sonuncu təmslçimizdir.
Bundan əvvəl mübarizəyə qoşulmuş 8 cüdoçumuzun heç biri medal qazana bilməyib.