Tokio-2020: Daha bir cüdoçumuz medalsız qaldı

11:28 30 İyul 2021

Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

+100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Polşa təmsilçisi Matsey Sarnaçki ilə üz-üzə gəlib.

 

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib. O, bu raundda braziliyalı Rafael Silva ilə üz-üzə gəlib. Görüşün əsas vaxtın qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə uduzan Kokauri olimpiada ilə vidalaşıb.
 

Xatırladaq ki, daha əvvəl Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) də yarışı medalsız başa vurublar.

Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunub. 


Xəbər xətti