Millimizin üzvü Portuqaliya klubunda

11:50 30 İyul 2021

Milli komandamızın üzvü Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək.

 

Müqavilə ilə "Tottenhem"ə məxsus olan hücumçu "Tondela" klubuna icarəyə verilib. 22 yaşlı forvard növbəti mövsümü Portuqaliya Premyer Liqasında çıxış edəcək.

 

Qeyd edək ki, Reanat Dadaşov 2019-cu ildə"Vulverhempton"a transfer olub. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimidir. 

 

Millimizin üzvü 2018-2019-cu il mövsümündə Portuqaliyanın "Eştoril" klubunda çıxış edib və 27 oyunda 4 qol vurub. Gənc hücumçu son iki mövsümü isə icarə əsasında "Pasoş de Ferreyra" (Portuqaliya) və "Qrasshopper" (İsveçrə) klublarında keçirib. 


Digər xəbərlər

Xəbər xətti