"Qarabağ"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Bu, Kiprin AEL klubudur. Komanda 2-ci təsnifat mərhələsində "Vlajniya" ilə cavab oyununda 1:0 hesabı ilə qalib gələrək Ağdam təmsilçisinə rəqib olub. Kipr klubu ilk qarşılaşmada da rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 5-i, cavab görüşləri isə avqustun 12-i keçiriləcək. "Qarabağ"ın ilk oyunu səfərdə olacaq.